“Qafqazinfo” Kəpəz TV-yə istinadən məlumat verir ki, iki nəfər şəxs Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində çimərkən batıb.
Həmin şəxslər Gədəbəy rayonunun Günəşli kənd sakinləri Azər Həsənov və Arif İsayevdir.
Hazırda hər iki şəxsin axtarışları davam edir. Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları bu istiqamətdə zəruri tədbirlər həyata keçirirlər.
Son xəbərlər
Son Xəbərlər