Kürdə 5 yaşlı uşaq batdı

kurde-5-yasli-usaq-batdi
Oxunma sayı: 1918

Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfər batıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı il təvəllüdlü Şirinli Murad Bəxtiyar oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.