Kürdə batan 19 yaşlı gəncin meyiti tapılıb

kurde-batan-19-yasli-gencin-meyiti-tapilib
Oxunma sayı: 1359

Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun axtarışları başa çatıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, E.İsgəndərovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.