Kürdə batan qızın meyiti tapıldı, qardaşı axtarılır - Yenilənib

kurde-batan-qizin-meyiti-tapildi-qardasi-axtarilir
Oxunma sayı: 4632

Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edək ki, ötən gün FHN-in “112” qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.