Kürdə batanlardan birinin meyiti tapıldı - Yenilənib

kurde-batanlardan-birinin-meyiti-tapildi
Oxunma sayı: 2818

Qazaxda Kür çayında batanların şəxsiyyəti müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, ilkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.

Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində keçən hissəsində batan şəxslərin  axtarışına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Hal-hazırda axtarışlar aparılır.

***

Kürdə batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları davam etdirilir.