Kürdə çimən qardaşlardan biri xilas edilsə də, o biri boğulub - Yenilənib

kurde-cimen-qardaslardan-biri-xilas-edilse-de-o-biri-bogulub
Oxunma sayı: 2544

Yevlaxda 29 yaşlı oğlan Kür çayında boğulub.

"Qafqazinfo"nun məlumatına görə, Yevlax rayon sakinləri Rahib və Sahib qardaşları Kür çayının Yevlax rayonundan keçən hissəsində çimərkən boğulublar. Qardaşlardan biri 1996-cı il təvəllüdlü Cəfərov Sahib Şəhliyar oğlu yaxınlıqda olan insanların köməkliyi ilə sudan çıxarılaraq xilas edilib.1991-ci il təvəllüdlü Cəfərov Rahib Şəhliyar oğlunu isə xilas etmək mümkün olmayıb.

Dərhal R. Cəfərovun axtarışı üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupu cəlb olunub.

Tural Hüseynli

Elmar Əli

***

FHN xəbər verir ki, 9 avqust tarixində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun axtarışları başa çatıb. C.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.