Tovuz rayonunda iki nəfər Kür çayında boğulub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə iyunun 15-də baş verib.
Rayonun Abulbəyli kənd sakinləri - 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlu Kür çayında çimən zaman batıblar. Hazırda onların axtarışları davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər