Kürdə meyit tapılıb

kurde-meyit-tapilib
Oxunma sayı: 1045

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Sabirabad rayonu, Azadkənd kənd hissəsindən keçən, nəzarətsiz ərazidə naməlum kişi meyiti aşkar edilib.

“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.