Dünən Tovuz rayonunda Kür çayında tapılan meyitin kimə məxsus olması dəqiqləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, meyiti tapılan 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğludur.
Qeyd edək ki, T.Quliyevin olduğu avtomobil iyunun 2-si qəzaya uğrayaraq Kür çayına düşüb. Nəticədə avtomobildə olan şəxslərdən 3-ü ölüb. Onlardan birinin axtarışı hələ də davam edir.