Müharibə iştirakçısının Kürdə meyiti tapıldı - Yenilənib

muharibe-istirakcisinin-kurde-meyiti-tapildi
Oxunma sayı: 2997

Kür çayının Salyan rayonundan keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

***

Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan kişi meyitinin kimliyi müəyyənləşib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur.

Mərhum Vətən müharibəsi iştirakçısı olub. İyulun 1-də hərbi xidmətdən qayıdıb.