Kürdə suyun səviyyəsi azalıb

kurde-suyun-seviyyesi-azalib
Oxunma sayı: 666

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 163 m3/s, ongünlük normanın 53 faizini təşkil edir (2011-ci ildə 254 m3/s olmaqla 83 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 95,0 m3/san olmaqla, ongünlük normanın 85 faizini təşkil edir (2011-ci ildə 106 m3/s olmaqla 95 faizini təşkil edirdi).

Martın 20-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 56 sm, Şirvanda 36 sm, Bankədə 26 sm, Salyanda 35 sm, Araz çayının Novruzlu məntəqəsində isə 40 sm azalıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 664 sm (2011-ci il martın 27-də 656 sm), Şirvanda 577 sm (2011-ci il martın 27-də 564 sm ), Salyanda 510 sm (2011-ci il martın 27-də 486 sm ), Bankədə 345 sm (2011-ci il martın 27-də 345 sm), Araz çayının Novruzlu məntəqəsində isə 410 sm (2011-ci il martın 27-də 383 sm) təşkil edir.


Nigar Məmmədli