“Kürdə suyun səviyyəsi tədricən azalır” - Yenilənib + Video

kurde-suyun-seviyyesi-tedricen-azalir
Oxunma sayı: 2502

“Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb”.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Qafqazinfo”ya bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 589 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

***

Milli Hidrometeorologiya Xidmətinin saat 20:00-a olan məlumatına görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb.

Bildirilib ki, hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

Hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 554 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.