Kürdəmir sakini həmkəndlisini ov tüfəngi ilə öldürüb.
"Qafqazinfo"nun məlumatına görə, rayonun Dayıkazımlı kənd sakini Mehtiyev Vurğun Aydın oğlu həmkəndlisi Hümmətov Bəhmən Bəhlul oğlunu aralarında yaranan mübahisə zamanı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər