Kürdəmirdə 22 yaşlı oğlan məktəbin həyətində intihar etdi

kurdemirde-22-yasli-oglan-mektebin-heyetinde-intihar-etdi
Oxunma sayı: 2345

Kürdəmirdə 22 yaşlı gənc intihar edib.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Şahbəyli kənd sakini, 1999-cu il təvəllüdlü Səfərov Əli Habil oğlu özünü kənd məktəbinin həyətində asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli