Kürdəmirdə 24 yaşlı fəhlə binadan yıxılıb öldü

kurdemirde-24-yasli-fehle-binadan-yixilib-oldu
Oxunma sayı: 1595

Kürdəmirdə 24 yaşlı gənc tikinti zamanı binadan yıxılaraq ölüb.

"Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə rayon ərazisindəki məcburi köçkünlər üçün tikilən yaşayış binasında qeydə alınıb. İlkin məlumatlara görə, binadan yıxılaraq ölən Kürdəmir rayon Atakişilli kənd sakini Səməd  Həmidovdur.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu