Kürdəmirdə avtomobil aşdı - 3 nəfər xəsarət aldı

kurdemirde-avtomobil-asdi
Oxunma sayı: 1207

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində olub.

 Belə ki, Gəncə şəhər sakini, 29 yaşlı Bəxtiyar Zaur oğlu Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə yolda hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə, sürücü və avtomobildə olan iki sərnişin - Gəncə şəhər sakinləri - 28 yaşlı Səbinə Vaqif qızı Əhmədova və 60 yaşlı Yeganə Məmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.