Kürdəmirdə bir ailənin 4 üzvü qəzaya düşdü - Ölən və yaralanan var

kurdemirde-bir-ailenin-4-uzvu-qezaya-dusdu
Oxunma sayı: 2025

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 164-cü kilometrliyində, Kürdəmirin Sığırlı kəndinin ərazisində qeydə alınıb. Ağdam rayon sakini Eyvaz Məmmədov idarə etdiyi BMW markalı avtomobili aşırıb.

Nəticədə E.Məmmədovun sərnişinlərindən, arvadı 1964-cü il təvəllüdlü Almas Məmmədova hadisə yerində ölüb. Özü və digər sərnişinləri - oğlu Əsgər və qızı Aytac xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.