Kürdəmirdə ev yandı, ölən var

kurdemirde-ev-yandi-olen-var
Oxunma sayı: 1445

Kürdəmir rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1978-ci il təvəllüdlü Əliyev Namiq Rafiq oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.