Kürdəmir sakini güllə yarası alıb.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində baş verib.
Könül İbrahim qızı Mövlayeva naməlum şəraitdə güllə yarası alıb. O, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlər zərərçəkənin vəziyyətini ağır qiymətləndirirlər. Hadisənin başvermə səbəbi araşdırılır.
Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilədir.
Son xəbərlər
Son Xəbərlər