Kürdəmir rayonunda silahlı insident baş verib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə fevralın 25-də Kürdəmir rayonunda rayon sakini Natiq Dəmirovun evində baş verib. Məhəmmədəli Abdullayev həmyerlisinin evində olarkən aralarında baş vermiş münaqişə zamanı N.Dəmirova və qardaşı Raqifə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.
Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev tutulub. Hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Arthems” markalı ov tüfəngi götürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər