Kürdəmirdə iki yaşlı uşaq faciəvi şəkildə öldü

kurdemirde-iki-yasli-usaq-facievi-sekilde-oldu
Oxunma sayı: 3081

Kürdəmirdə iki yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Muradxan kənd sakini, 2019-cu il təvəllüdlü Qəribov İxtiyar Əşrəf oğlu həyətdə oynayarkən onu elektrik cərəyanı vurub. Körpə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli