Kürdəmirdə maşın aşdı- - 1ölü, 2 yaralı

kurdemirde-masin-asdi-
Oxunma sayı: 1072


“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, dünən saat 07:00 radələrində Kürdəmir rayonunun Sığırlı kəndində Zərdab şəhər sakini Araz Əsədov idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb. A.Əsədovun sərnişinlərindən həmyerlisi İradə Osmanova hadisə yerində ölüb, özü və digər sərnişini Sənubər Qasımova xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.