Kürdəmirdə mikroavtobus aşdı - 1 ölü, 4 yaralı+Fotolar

kurdemirde-mikroavtobus-asdi
Oxunma sayı: 2815

Kürdəmirdə mikroavtobus aşıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, ”Ford” markalı mikroavtobusun sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb. Hadisə zamanı avtomobildə olan Ağdam rayon sakinləri 45 yaşlı Cəlal Qüdrət oğlu İmanov, 20 yaşlı Nahid Şahid oğlu Həsənov, 56 yaşlı Şövkət Əhməd qızı Xəlilova və Yağmur Rahib qızı Xəlilzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib. 31 yaşlı Rahib Osman oğlu Xəlilov həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Onun cəsədi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.