Kürdəmirdə mikroavtobus traktorla toqquşdu, yaralı var

kurdemirde-mikroavtobus-traktorla-toqqusdu-yarali-var
Oxunma sayı: 954

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, rayonunun Şilyan kəndində “Ford” markalı mikroavtobus və “Беларусь” markalı traktor toqquşub. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.