Kürdəmirdə mikroavtobusla “KAMaz” toqquşub - Ölən və yaralılar var

kurdemirde-mikroavtobusla-kamaz-toqqusub
Oxunma sayı: 1416

Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, sentyabrın 14-də saat 3 radələrində Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində Laçın rayon sakini Bünyad Əliyev idarə etdiyi “Mercedes” markalı mikroavtobusu qarşıda gedən Tərtər rayon sakini Mobil Abbasovun idarə etdiyi “KAMaz” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə B.Əliyevin sərnişinlərindən Gəncə şəhər sakini Amaliya Mansurova hadisə yerində ölüb, özü və digər 8 sərnişini isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.