Kürdəmirdə müəllim arvadına 20-dən çox bıçaq zərbəsi vurdu

kurdemirde-muellim-arvadina-20-den-cox-bicaq-zerbesi-vurdu
Oxunma sayı: 3930

Kürdəmir sakini arvadına çoxsaylı bıçaq xəsarətləri yetirib.

“Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarında rayonun Sığırlı kəndində 1989-cu il təvəllüdlü Rəcəb Bəkirov münaqişə zəminində həyat yoldaşı, 23 yaşlı Dürbəst Bəkirovanı dəfələrlə bıçaqlayıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun üzərində 20-dən artıq kəsilmiş-deşilmiş xəsarətlərin olduğu və vəziyyətinin kritik olduğu bildirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən R.Bəkirov kənd məktəbində müəllim işləyir. Hadisə o, həyat yoldaşı ilə birgə sahədə nar toplayarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.