Kürdəmirdə Müstəqillik Günü qeyd olunub - Foto

kurdemirde-musteqillik-gunu-qeyd-olunub
Oxunma sayı: 1333

Oktyabrın 18-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra onlar Heydər Əliyev Mərkəzinin foyesində təşkil edilmiş şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında “Müstəqilliyimiz əbədidir” adlı kompozisiya nümayiş olunub.

Dəyirmi Masada “18 oktyabr Dövlət Müstəqilliyi günüdür” mövzusunda Qarabucaq kənd tam orta məktəbin müəllimi Nizam İsmayılov, “Müstəqillik dövründə Azərbaycan Respublikasının hərbi quruculuq fəaliyyəti” mövzusunda rayonda yerləşən N saylı hərbi hissədə siyasi işlər üzrə komandir müavini Qorhmaz Mehdiyev, ”Heydər Əliyev ideyaları milli müstəqilliyimizin mənəvi güc mənbəyidir” mövzusunda YAP Kürdəmir rayon qadınlar şurasının sədri Sevda Hacıyeva, “Heydər Əliyev və Müstəqil Azərbaycan gəncliyi” mövzusunda Atakişili kənd tam orta məktəbin tarix müəllimi Səidə Dadaşova məruzələrlə çıxış edib.

Ceyhun Cəfərov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıb: “1991–ci il oktyabrın 18–də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlanıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşdırılması siyasətinin nəticəsi olaraq qısa dövrdə dövlətimizin hüquqi-sosial bazası yaranıb, müstəqilliyi möhkəmlənib, dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılıb”.