Kürdəmirdə petisiya ilə bağlı toplantı keçirildi

kurdemirde-petisiya-ile-bagli-toplanti-kecirildi
Oxunma sayı: 1256

Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli bildirib ki, Azərbaycan Silahlı Qüvvələri son günlər cəbhə xəttində ermənilərin təxribatlarına layiqli cavab verib, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarını azad etməkdən əl çəkməyəcək və torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər gücü var. Bir neçə gün davam edən bu döyüşlər, Seyidsulan kəndini, Lələtəpəni və Talış kəndi yaxınlığındakı yüksəklikləri geri almağımız çox böyük uğurumuzdur: “Artıq bütün dünya bilir ki, Azərbaycanın səbri tükənib və bizə qarşı olan bu ədalətsizliyə dözmür”.

AVCİYA-nın rayon üzrə kordinatoru Elşən Əzizov təmsil etdiyi qurumun “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı Obama Administrasiyasına müraciət etdiyini bildirib. AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə ünvanlanan və Ağ Ev Administrasiyasının internet resursunda açılan petisiya layihəsinin icrasına aprelin 6-dan start verilib. Petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Qısa müddətdə artıq 80 000 nəfər bu petisiyaya səs verib.

AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də Kürdəmir rayon sakinlərinin bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş təbliğat kampaniyasına başlayıb. Kampaniya çərçivəsində rayonda ay ərzində çoxsaylı aksiya və görüşlərin keçirilməsi, məlumatlandırıcı materialların paylanılması, maarifləndirici tədbirlərin keçirilməsi və sair bu kimi fəaliyyətlərin icra edilməsi planlaşdırılır.