Kürdəmirdə piyadanı avtomobil vurdu - Foto

kurdemirde-piyadani-avtomobil-vurdu
Oxunma sayı: 1526

Kürdəmirdə avtomobil piyadanı vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Sığırlı kəndində baş verib.

Belə ki, Saatlı rayon sakini 1972-ci il təvəllüdlü Baratov İsgəndər Laçın oğlu "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən Kürdəmir rayon Sığırlı kənd sakini Məmmədov Sahil Sabit oğlunu vurub.
Nəticədə S.Məmmədov ağır bədən xəsarətləri alıb.Yaralı təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli