Kürdəmirdə qəza - Ölən və yaralananlar var

kurdemirde-qeza
Oxunma sayı: 2197

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki hadisə, Ağsu-İmişli-Kürdəmir yolunda baş verib. “Ford” markalı yüngül yük avtomobili ilə “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində, Kürdəmir rayon sakini Lazım Mövlam oğlu  Rəsulov hadisə yerində ölüb.

“Ford”un sürücüsü, 25 yaşlı Niyaməddin Rəfael oğlu Qədirov və sərnişin - 46 yaşlı Əfqan Ədalət oğlu İmanov isə xəsarət alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanaına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu