Kürdəmirdə qəza, ölən və yaralananlar var - Fotolar

kurdemirde-qeza-olen-ve-yaralananlar-var
Oxunma sayı: 4185

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qaraqocalı kəndində olub.

Belə ki, rayon sakini Kərimov Rafət Şəfayət oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili hərəkətdə olarkən İsmayılov Rahim Zöhrab oğlunun idarə etdiyi "BMW" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ-2107" nin sürücüsü R.Kərimov hadisə yerində ölüb.

Digər avtomobilin sürücüsü və sərnişinləri - Rəsulov Hakim İlqar oğlu və Kərimov Mübariz Paşa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli