Kürdəmirdə Respublika Günü münasibətilə tədbir keçirilib - Foto

kurdemirde-respublika-gunu-munasibetile-tedbir-kecirilib
Oxunma sayı: 1503

Mayın 27-də Kürdəmir rayonunun Heydər Əliyev Mərkəzində 28 May-Respublika Günü münasibətilə “Şərqin ilk demoktarik Respublikası-Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Dəyirmi masa Dövlət Himninin səslənməsi ilə başlayıb. Kürdəmir şəhər 6 saylı tam orta məktəbinin şagirdlərinin ifasında təqdim olunan “Azərbaycanım” ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət kimi” mövzusunda şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Ülviyyə Şükürova, ”Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan qadını“ mövzusunda şəhər 3 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əsbət Müsayeva, “Azərbaycan Xalq Cümhuriyyətinin suqutu tarixi şəraitin zərurəti idi” mövzusunda Gənc Könüllü Sahilə Müseyibova, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” mövzusunda N saylı hərbi hissənin zabiti, mayor Şamo Rəsulov məruzələrlə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin parlaq ideyaları, ölkə rəhbəri İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində daim tərəqqi edib çiçəklənəcək, öz müstəqilliyini möhkəmləndirəcək.

Tədbiri öz çıxışı ilə yekunlaşdıran Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Respublika günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, 1918–ci ildə Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin – müstəqil Azərbaycan dövlətinin rəsmən yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Elm, təhsil, siyasət, dil, ədəbiyyat, səhiyyə, demokratik qanunlar, milli ordu, milli valyuta və.s sahələrdə aparılan islahatlar verilmiş qərarlar və qanunlar qısa zamanda demokratik dövlətimizin, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda varlığını bəlli etdi. 

Qeyd edək ki, bu gün axşam rayonun Qələbə parkında 28 May-Respublika günü münasibəti ilə rayon incəsənət ustalarının iştirakı ilə bayram konserti keçiriləcək.