Kürdəmirdə seçici səs verərkən ölüb

kurdemirde-secici-ses-vererken-olub
Oxunma sayı: 3517

Fevralın 7-si keçirilən növbədənkənar prezident seçkilərində iştirak edən Kürdəmir sakini seçki məntəqəsində vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə 95 saylı Zərdab-Ucar-Kürdəmir Seçki Dairəsinin Carlı kəndində yerləşən 63 saylı seçki məntəqəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü Süleymanov İsmayıl Əliqoca oğlu səsvermə prosesi zamanı qəfil dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.