Kürdəmirdə Silahlı Qüvvələri günü qeyd olunub

kurdemirde-silahli-quvveleri-gunu-qeyd-olunub
Oxunma sayı: 1680

Bu gün Kürdəmir rayonu ərazisində yerləşən “N” saylı Hərbi Hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, ziyalılar, rayonun mədəniyyət və incəsənət ustaları iştirak ediblər.

İlk öncə “N”- saylı Hərbi Hissənin şəxsi heyətini Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli salamlayıb. O, öz çıxışında Azərbaycanda ordu quruculuğu işi 1993-cü ilin iyun ayında ,Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra baş tutduğunu vurğulayıb.

2016-cı ilin aprelində dördgünlük döyüşün Azərbaycan Ordusunun qüdrətini sübut etdiyini bildirən Vəsilə Əsgərli, yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad olunacağına, üçrəngli bayrağımızın Qarabağda dalğalanacağına əminliyini ifadə edib.

Tədbir rayon Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən hərbi hamilik koordinasiya şurası üzvlərinin rəngarəng konsert proqramları ilə davam etdirilib.

Sonda hərbi hissənin nümayəndələri çıxış edərək rayon rəhbərliyinə və musiqiçilərə, ümumilikdə tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.