Kürdəmir rayonunda 3,3 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:31:23-də Kürdəmir stansiyasından 10 kilometr şimal-qərbdə qeydə alınıb.
Ocağı 48 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Son xəbərlər
Son Xəbərlər