Kürdəxanıda yolu keçmək istəyən piyadanı maşın vurub öldürüb

kurdexanida-yolu-kecmek-isteyen-piyadani-masin-vurub-oldurub
Oxunma sayı: 1125

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 7-də saat 22 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Novruzov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəsul Abbasovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.