Kürdlər Malikini hədələdilər

kurdler-malikini-hedelediler
Oxunma sayı: 639

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Şimali İraq Kürd Administrasiyasından (ŞİKA) İraqın Baş naziri Nuri əl-Maliki haqqında bəzi məxfi sənədləri ictimaiyyətə açıqlanacağı bildirilib.

Administrasiyanın Baş nazirliyinin mətbuat xidmətinin rəsmi internet səhifəsində yerləşdirilən açıqlamada regional rəhbərliyin Baş nazir Malikinin ŞİKA-ya dair nifrət dolu açıqlamaları qarşısında artıq susmayacağı vurğulanıb.

Açıqlamada Malikinin sonuncu müsahibələrinin birində kürdlərə qarşı iftiralar səsləndirdiyi, ölkədə səbəb olduğu xoşagəlməz situasiyanı başqalarının ayağına yazmağa çalışdığı, eləcə də konstitusiyanın müddəalarına əməl etmədiyi qeyd olunub.

Xatırladaq ki, İraqın Baş naziri “En-Er-Te” telekanalına müsahibəsində ölkəsindəki bir çox problemin regional kürd administrasiyası ilə olan anlaşmazlıqlardan qaynaqlandığını iddia etmişdi.