Kürə növbəti dəfə balıq körpələri buraxıldı - Fotolar

kure-novbeti-defe-baliq-korpeleri-buraxildi
Oxunma sayı: 1468

Biomüxtəlifliyin mühafizəsinə, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə növbəti dəfə balıq körpələri Kür çayına buraxılıb. 

“Qafqazinfo” xəbər verir ki,Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayevanın sözlərinə görə, "Xıllı balıq" MMC-də yetişdirilən 600 000 ədəd nərə və uzunburun balıq körpəsi Neftçala rayonu, Sübh kəndi ərazisindən Kür çayının mənsəbinə buraxılıb. 

“Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təşkil olunan tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin, IDEA İctimai Birliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin, Regional Qida Təhlükəsizliyi Agentliyinin rəsmiləri və ekokönüllülər iştirak edib. Daha sonra iştirakçılar “Xıllı balıq” MMC-nin istehsalat sahəsi ilə tanış olub”. 

Xidmət rəsmisi hazırda balıqların kürütökmə dövrü ilə əlaqədar Xəzər dənizi və daxili su hövzələrində balıq ovuna qoyulan qadağa ilə bağlı vətəndaşları qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamamağa, qaydalara əməl etməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.