Şimali Kuril adaları (Saxalin vilayəti) və Kamçatka yarımadasının cənub ucunun yaxınlığında, Sakit okean akvatoriyasında ard-arda üç zəlzələ olub. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS”a Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin Saxalin filialından məlumat verilib.
“4,3 maqnitudalı birinci zəlzələnin ocağının dərinliyi 130 kilometr təşkil edib. İkinci seysmoloji hadisə 4,2 maqnitudalı olub, ocağın dərinliyi – 63 km. Üçüncünün maqnitudası - 4,0, ocağın dərinliyi – 176 km”, - agentliyin həmsöhbəti deyib.
Dağıntı və tələfat yoxdur. Sunami xəbərdarlığı elan edilməyib.
Son xəbərlər
Son Xəbərlər