Kuril adalarında günün ikinci zəlzələsi

kuril-adalarinda-gunun-ikinci-zelzelesi
Oxunma sayı: 2237

Bu gün Kuril adalarında iki zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.

Hər iki zəlzələnin maqnitudasının 5,0 bal olduğu bildirilir. Yeraltı təkanların episentri Şikotan adasından 60 km cənubda olub. Zəlzələ ocağı yerin 63 km dərinliyində qeydə alınıb. 

Qeyd edək ki, Kuril adalarında fevral ayının sonlarında 5,8 bal gücündə zəlzələ qeydə alınmışdı.