Kuril adalarında zəlzələ

kuril-adalarinda-zelzele
Oxunma sayı: 1568

Kuril adalarında 4,9 maqnitudalı zəlzələ olub.

Bu barədə “Qafqazinfo” Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Onun məlumatına görə, yeraltı təkanların episentri 1700 nəfər əhalisi olan Kurilsk şəhərindən 310 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.