Kurmanbek Bakiyev qiyabi 10 il azadlıqdan məhrum edildi

kurmanbek-bakiyev-qiyabi-10-il-azadliqdan-mehrum-edildi
Oxunma sayı: 3128

Qırğızıstanda keçmiş prezident Kurmanbek Bakiyev Kumtor qızıl mədənində korrupsiya ittihamı ilə qiyabi 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi məlumat yayıb.

Məhkəmə həmçinin siyasətçinin əmlakını müsadirə edib və onu üç il dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.

Qeyd edək ki, Bakiyev 2005-2010-cu illərdə Qırğızıstan Prezidenti olub.