Naxçıvan Fövqəladə Hallar Nazirliyi Belarus Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutuna təhsil almağa göndərilən kursantlara dövlət tərəfindən ayrılmış təqaüdün tam ödənilməməsi ilə bağlı yayılmış məlumatlarla bağlı açıqlama yayıb.
“Qafqazinfo”ya bildirilib ki, sözügedən kursantlar nazirlik tərəfindən seçilmir və onlara təqaüdü onlar ödəmir:
“Bütün bu məsələlər 2006-cı il oktyabrın 17-də Azərbaycan Fövqəladə Hallar Nazirliyi (ARFHN) ilə Belarusun Fövqəladə Hallar Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında sazişlə tənzimlənir. Həmin sazişə əsasən sözügedən instituta təhsil almağa göndərilən kursantlar Dövlət İmtahan Mərkəzinin I qrup üzrə keçirdiyi qəbul imtahanların nəticələrinə əsasən müəyyənləşdirilir. Belə ki, imtahanlarda müvafiq keçid balını toplayan abituriyentlər arasında seçim aparılır. Nəticədə ARFHN-in Akademiyasına daha yüksək balla qəbul olan gənclər Belarusun Mühəndislik-Komanda İnstitutunda təhsil almağa göndərilirlər. Təhsil aldıqları dövrdə həmin gənclərə ARHFN tərəfindən aylıq təqaüd ödənilir
Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutunu bitirən və hazırda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət edən zabitlərin təsdiq etdikləri kimi onlar təhsil aldıqları dövrdə aylıq təqaüdlə tam təmin olunublar.
Son xəbərlər
Son Xəbərlər