Kursk səmasında raketlər və PUA-lar vuruldu

kursk-semasinda-raketler-ve-pua-lar-vuruldu
Oxunma sayı: 2860

Rusiyanın Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki raket və iki təyyarə tipli PUA vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov teleqram kanalında məlumat yayıb.

“Axşam saatlarında Kursk vilayətinin səmasında hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən iki Ukrayna raketi və iki təyyarə tipli PUA vurulub”, - deyə o yazıb.