“Kurskda yaxşı irəliləyişə nail olmuşuq” - Zelenski

kurskda-yaxsi-irelileyise-nail-olmusuq
Oxunma sayı: 3259

“Biz bu gün Kursk vilayətində yaxşı irəliləyişə nail olduq. Öz strateji məqsədimizə doğru irəliləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraicətində bildirib.

O qeyd edib ki, hökumət nümayəndələri ilə Kursk vilayətində Ukrayna hərbçilərinə dəstək məsələlərinə dair görüş keçirib.

“Ukraynanın qaydalara uyğun döyüşməsi vacibdir və bu ərazidə mövcud olan humanitar ehtiyaclar təmin edilməlidir”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini bildirib.