“Kurtlar Vadisi”ndəki Bulut azərbaycanlı çıxdı

kurtlar-vadisindeki-bulut-azerbaycanli-cixdi
Oxunma sayı: 4050


“Qafqazinfo” xəbər verir ki, bunu “Kaspi” qəzetinə müsahibəsində Azərbaycan tamaşaçılarına “Kurtlar Vadisi” erialından tanış olan aktyor Hüseyin Avni Danyal deyib. Azərbaycan mədəniyyəti haqqında o qədər də informasiyası olmadığını deyən aktyor eyni zamanda Azərbaycan və Türkiyə mədəniyyətləri arasında elə də fərq olduğunu düşünmədiyini vurğulayıb: “Türkiyədə bir çox əsərləri nümayiş olunan Üzeyir Hacıbəyovu tanıyıram. Həmçinin “Yuğ” teatrının rəhbəri Vaqif İbrahimoğlunu. Biz onunla Bursa Dövlət Teatrında Məşədi İbadı oynamışdıq. Bir də ki, indilərdə “Zəngin kız, fakir oğlan” serialında birlikdə işlədiyimiz aktyorların adlarını çəkə bilərəm”.