“Kurtlar vadisi”nin Elifi evində doğdu

kurtlar-vadisinin-elifi-evinde-dogdu
Oxunma sayı: 4667


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, 35 yaşlı aktrisa doğum sancıları başlayan zaman xəstəxanaya çata bilməyəcəyini başa düşüb və həkiminə zəng edib. Evinə gələn həkim və onun köməkçisinin sayəsində Özgü Namalın oğlu olub. 3 kilo yarım və 52 santimetrlik körpəyə Nəfəs adını qoyublar. 

Xatırladaq ki, aktrisa uzun zamandır reklamçı Əhməd Sərdar Oral ilə birlikdədir. Sənətçi yaxın dostlarına "oğlumuz sevgimizin simvoludur və bu dünyaya yeni bir nəfəs olacaq" deyərək övladlarının adını Nəfəs qoyacaqlarını da demişdi. Namal bir çox məşhurdan fərqli olaraq uşağı olsa da hələlik evlənməyi düşünmür.