“Kurtlar Vadisi”nin məşhur aktyoru Hərbi Qənimətlər Parkında - Foto

kurtlar-vadisinin-meshur-aktyoru-herbi-qenimetler-parkinda
Oxunma sayı: 6639

Türkiyənin “Kurtlar Vadisi” serialında yaratdığı “Güllü Erhan” obrazı ilə tanınan aktyor Erhan Ufak Bakıya səfəri zamanı Hərbi Qənimətlər Parkında da olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni əsgər və zabitlərin maketlərinin hazırlanmasında əməyi keçən heykəltəraşlardan biri olan Rəşid Məhərrəmov instaqram hesabında bildirib.

Onun sözlərinə görə, E.Ufak Hərbi Qənimətlər Parkının çox gözəl olduğunu deyib.  

Qeyd edək ki, aktyor Bakıya “Sənət Akademiyası”nda iştirak etmək üçün gəlib. O, həmçinin bir sıra televiziya proqramlarında qonaq olub.