“Kuruluş Osman”nın aktyoru oğurluq etdi - Kameralara düşdü

kurulus-osmannin-aktyoru-ogurluq-etdi
Oxunma sayı: 9824

Türkiyənin məşhur serialı “Kuruluş Osman”nın aktyoru Ümit Gündeş İstanbuldakı mağazaların birindən oğurluq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Yayılan görüntülərdə aktyorun çamadan oğurladığı müəyyənləşib.

Mağaza rəsmiləri şikayət etmədiyi üçün Gündeşlə bağlı heç bir tədbir görülməyib. Gündeşin çamadan oğurladığı anlar kameralara düşüb.

Məlumata görə, Ü.Gündeş keçən il də bir marketdən yağ oğurlayarkən kameralara tuş gəlib.

Onun oğurluqla bağlı cinayət keçmişinin olduğu da məlum olub.