Kürün səviyyəsi artıb

kurun-seviyyesi-artib
Oxunma sayı: 966


“Qafqazinfo” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, fevralın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 6, Salyanda 15, Bankədə 1 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.